Bu gün Cənubi və Şimali Amerika, Avstraliya ərazisində və şərqi Asiyanın bəzi bölgələrində tam Ay tutulması müşahidə edilib.
Ay tutulmasını Sakit okean sahillərində yaşayanlar və Rusiyanın Uzaq Şərq bölgəsinin sakinləri də görə biliblər.
Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ayın tam tutulmasını NASA televiziyası canlı yayımlayıb. Ay tutulması Bakı vaxtı ilə saat 13:00-da başlayıb və saat 15:25-də tam fazasına çatıb. Bu tutulma zamanı Yer kürəsinin kölgəsi Ay səthini tamamilə tutub. Bu proses zamanı planetimizin təbii peyki olan Ay qırmızı və ya narıncı rəngə boyanıb. Bu, Yer səthindən dolayısı ilə keçən Günəş şüaları sayəsində baş verib. Məhz buna görə də bu təbiət hadisəsini "Qanlı Ay" adlandırırlar.
Bu gün müşahidə edilən tam Ay tutulması 2014-cü il ərzində ikinci Ay tutulması olub. Yaxın dövr ərzində növbəti tam Ay tutulmasının 2015-ci il aprelin 4-də baş verəcəyi gözlənilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR