“Qarabağ” son dəqiqələrdə qələbəni əldən verdi - VİDEO

“Qarabağ” son dəqiqələrdə qələbəni əldən verdi - VİDEO

Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ” Bakıda Tofiq Bəhrəmov adına Respublika stadionunda Çexiya çempionu "Viktoriya”nı qəbul edib.

Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 28-ci dəqiqədə Muarem Muarem ağdamlıları hesabda irəli çıxarıb. Lakin Qurban Qurbanovun yetirmələri bu hesabı sona qədər qoruya bilməyiblər.

Qarşılaşmanın sona çatmasına 5 dəqiqə qalmış Mişel Krmençik oyunda tarazlıq yaradıb. 

Çexiyada keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatdığından, "play-off” mərhələsinə yüksələn tərəf "Viktoriya” olub.

"Qarabağ” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az