“İlk təklif "Xəzər Lənkəran"dan gəldi. Sərfəli təklif olduğu üçün razılaşdım. "Xəzər Lənkəran"da ilk dəfə titullar qazanmışam. Buna görə də bu komanda da mənə doğma gəlir. Rəhbərliyi də tanıyıram. Oyunçuların əksəriyyəti ilə yaxşı münasibətim var. Bütün bu amillər "Xəzər Lənkəran"ı seçməyimdə rol oynadı”.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, “Xəzər Lənkəran”ın yeni transferi Vüqar Nadirov qol.az-a geniş müsahibəsindən keçidini belə dəyərləndirib. Sabiq “Qarabağ” hücumçusu hesab edir ki, Ağdam klubunun onun üzərində əməyi böyükdür:
“Yəqin ki, mənim də “Qarabağ”a az köməyim dəyməyib. Bunu mütəxəssislər və azarkeşlər də deyə bilər. Qurban Qurbanovun da əməyini qeyd etməliyəm.
Yəqin halallıq verərlər. Mən onlara halallıq verirəm. Çoxları yazır ki, “Qarabağ”dan pula görə getmişəm. Ancaq belə deyil. Sırf oynamaq istədiyim üçün doğma komandamı tərk etdim. Düzdür, bəzən əsas heyətdə də oynayırdım. Ancaq mən meydanda daha çox olmaq istəyirəm”.
V.Nadirov “Xəzər Lənkəran”ı əvvəlki günlərinə qaytarmağa çalışacaqlarını söyləyib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL