"Qarabağ"ın cavab matçının biletləri satışdadır

"Qarabağ" - "Viktoriya Plzen" matçının biletləri artıq satışdadır.

Miq.az "Qarabağ" klubunun saytına istinadən xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında avqustun 2-si Respublika stadionunda Çexiyanın "Viktoriya Plzen" klubunu qəbul edəcək. Bu matçın biletləri bu gün səhər saatlarından etibarən satışdadır.

Azarkeşlərdən xahiş olunur ki, biletlərini qısa zamanda əldə etsinlər. Kassalar axşam saat 20:00-a qədər azarkeşlərin xidmətində olacaq.

Qeyd edək ki, biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az