Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın Qardabani rayonunda azərbaycanlılar və gürcülər arasında kütləvi dava olub. Hadisə gecə saatlarında baş verib. Mixail Saakaşvilinin lideri olduğu “Milli Hərəkat” partiyasının yerli şöbəsinin nümayəndəsi Ramin Bayramovun sözlərinə görə, partiyanın 4 nəfər gənc fəalına hücum olub. Hakim koalisiyanın tərəfdarları öncə onları küçədə, sonra şəhərin çayxanada döyüblər. Müxalifət partiyasının azərbaycanlı gənc fəalları polisə zəng etmək məcburiyyətində qalıblar. Lakin qarşıdurma böyüyüb və dava iştirakçılarının sayı 200 nəfərə çatıb.
Hadisə yerinə gələn polis əməkdaşları havaya atəş açmaqla, vəziyyəti qismən nəzarətə götürə biliblər. “Milli Hərəkat” və “Gürcü koalisiyası” nümayəndələrinin bildirdiyinə görə, gənclərin arasında baş vermiş dava etnik zəmində olmayıb. Onlar bunu iyunun 15-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqələndiriblər.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR