Qazaxda toy karvanında təhlükəli anlar yaşanıb, silahdan atəş açılıb - FOTOLAR

Qazaxda toy karvanında təhlükəli anlar yaşanıb, silahdan atəş açılıb - FOTOLAR

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan "VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.(APA)




Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az