Müəmmər Qəddafinin tərəfdarları, dul qadını və uşaqları da daxil olmaqla qohumları ölkədə vəziyyət sabitləşdikdən sonra Liviyaya qayıtmağa hazırlaşırlar.
Bunu Liviyanın keçmiş liderinin əmisi oğlu və müşaviri, hazırda Misirdə yaşayan Əhməd Qəddaf əd-Dam bildirib. Trend xəbər verir ki, bu barədə TASS “Times” qəzetinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hökumət qoşunlarının islamçıların əlində olan iri şəhərlər üzərində nəzarəti ələ ala bilərlərsə, ailə üzvləri yaxın iki ay ərzində vətənə qayıda bilərlər. Bu barədə ölkə rəhbərliyi ilə danışıqlar aparılır.
Əhməd Qəddaf əd-Dam bildirib: "Biz nikbin əhval-ruhiyyədəyik, bir neçə aydan sonra Liviyaya sülh gələcək. Və onda biz hamımız birlikdə Liviyaya qayıdacağıq".
O, həmçinin bəyan edib ki, Qəddafinin qohumları ölkənin xilas olması naminə düşmənlərlə barışmağa hazırdırlar.
Müəmmər Qəddafi 2011-ci ildə müxalifət tərəfindən devrilib və öldürülüb. O zamandan bəri ölkədə son dərəcə qeyri-sabit vəziyyət hökm sürür, islamçılarla hökumət qoşunları arasında silahlı münaqişə davam edir. Bu vəziyyət faktiki olaraq ölkədə ikihakimiyyətliliyə gətirib çıxarıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR