Ekologiya naziri Hüseynqulu Bağırov beş aydır yeni yaradılmış Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinə rəhbər təyin edə bilmir.
VİZUAL.az xəbər verir ki, bu da yeni savaş cəbhəsinin açılmasına səbəb olub.
Hazırda bu posta iki iddialı var - biri Torpaq Komitəsində Kadastr idarəsinin rəisi olmuş Nazim İsmayılovdur.
Visiontv.az xəbər yayıb ki, N.İsmayılov Rza İbadovla yaxın qohumdur. İkinci iddialı Elçin Məhərrəmovdur.
Keçmiş Torpaq Komitəsində MTN-də dayağının olması ilə fəxr edən Elçin Məhərrəmov uzun illərdir ki, Aerogeodeziya idarəsində çalışır. Ləğv edilmiş torpaq komitəsində N.İsmayılov və E.Məhərrəmov əlbir olublar.
Komitənin dağıdılmasında müstəsna xidmətləri olduğu iddia edilir. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyində də oxşar ssenarini reallaşdırmaq planları var. Nazirin isə bu siyasi ekologiyanı pozan iki qüvvə ilə çəkişmədən qalib çıxacağı sual doğurur.
Nazirlik əməkdaşlarını da bu qarşıdurmaya cəlb etmək istəyirlər. Bu işdə onlara hətta nazir müavini səviyyəsində dəstəklər var.
Bu baxımdan hər iki məmur eyni posta iddialı olsa da, sözügedən Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinə rəhbər təyin edilmir. Məqalədə adı çəkilən şəxslərin də mövqeyin dinləməyə hazırıq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL