Amerikada 7 yaşlı qızı zorlanan ana intiqam alıb.
Vətəninfo.az xəbər verir ki, Amerikalı Diana Tompson 7 yaşlı qızına təcavüz etdikdən sonra onu öldürən Jarred Harrelin evini yandırıb. Hadisə 2009-cu ildə Floridada baş vermişdi. Somer adlı qızı zorlayaraq öldürən şəxs həbs edilərək ömürlük azadlıqdan məhrum edilmişdi.
D.Tompson ağrı-acısını azaltmaq üçün qızı öldürülən evi yandırıb. Cinayətin yaşandığı ev Harrel borclarını ödəyə bilmədiyi üçün bank tərəfindən müsadirə edilərək satışa çıxarılmışdı.
Qadın hərracda iştirak edərək qızı öldürülən evi satın alıb. Daha sonra isə yandırılması və yanğınsöndürənlərin təlim üçün istifadə edilməsi üçün bu quruma bağışlayıb.
Yanğınsöndürənlərlə evin önünə gələn qadın ona əlləri ilə od vurub. O, evin yanmasını sevinc göz yaşları ilə izləyib. "Bu dəfə təcavüzcülərin evlərini mən yandırdım. Bu dəfə pis adam mən oldum. Artıq bu məhəllədə bu evi görə bilməyəcəyim üçün çox sevinirəm".


Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR