Şəkidə torpaq üstündə qonşular arasında baş verən davada bir nəfər xəsarət alıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kənd sakini, 1958-ci il təvəllüdlü İslam Mədət oğlu İsayev döyülmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 57 yaşlı İslam İsayevə qapalı kəllə-beyn travması və sifətin əziyi diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kəndində İslam İsayevlə qonşuları arasında torpaq üstündə münaqişə yaranıb.
Münaqişə zəminində iyulun 28-i səhər saatlarında İslam İsayev qonşusunu döyüb. Həmin gün axşam saatlarında yenidən yaranan münaqişə zəminində isə qonşuları İslam İsayevi döyərək ona ağır bədən xəsarətləri yetiriblər.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL