Mingəçevir sakini ehtiyatsızlıqdan qətl hadisəsi törədib.
Mingəçevir Şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 13:30 radələrində Mingəçevir şəhərindəki Su Anbarının kənarında fəaliyyət göstərən qum istehsalı karyerində qeydə alınıb.
Karyerdə işləyən Mingəçevir şəhər sakini, 1961-ci il təvəllüdlü Bayramov Elxan Saleh oğlu ov tüfəngi ilə iş yoldaşı, 1961-ci il təvəllüdlü Maşıyev Hümbət Həmzə oğlunu güllələyib.
Hümbət Maşıyev ürək nahiyyəsindən aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Məlumata görə, karyer işçiləri boş vaxtlarında su anbarının kənarında ov edirmişlər, tüfəngi də iş yerinə o səbəbdən gətiriblər. Ov zamanı Elxan Bayramovun əlindəki tüfəngdən qəflətən açılan atəş faciəyə səbəb olub.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR