2016-cı ildə "Formula-1" yarışlarının mərhələlərindən biri Bakı küçələrində keçiriləcək.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkə gənc pilotları fəal şəkildə dəstəkləyəcək.
Vətəninfo.az Oxu.az-a istinadən bildirir ki, o, həmçinin gələcəkdə milli komandanın yaradılmasını da istisna etməyib.
“Əlbəttə, biz istərdik ki, mərhələlər bizim bayrağımızın altında keçirilsin, yarışlarda bizim pilotlar, komanda və sponsorlar iştirak etsinlər. Bu layihədə çox böyük potensial görürük. Əminəm ki, bir müddətdən sonra biz bu layihə ilə fəal məşğul olacağıq. Şübhə etmirəm ki, nüfuzlu yarış seriyasında iştirak etmək ölkəmiz üçün maraqlı olardı”, - deyə nazir vurğulayıb.
Nazir həmçinin gələcəkdə yarışın Azərbaycanda gecə saatlarında, süni işıqlandırma şəraitində keçiriləcəyini bildirib.
2016-cı il mərhələsinə gəldikdə isə, o əmindir ki, Bakıya 11 mindən çox xarici fanat gələcək.
Hələlik "Formula-1" yarışının keçirilməsi üçün menecment rəhbəri ilə müqavilənin neçəyə başa gəldiyi məlum deyil. Nazir qeyd edib ki, bu, kommersiya sirridir.
“Əslində mən müqavilə şərtlərini açıqlaya bilmərəm, çünki bu, kommersiya sirridir. Lakin onu deyə bilərəm ki, birinci mərhələnin təşkili üçün bir 66 milyon dollardan 86 milyon dollaradək vəsait xərcləməli olacağıq”, - deyə Azad Rəhimov bildirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL