Vətəninfo.az xəbər verir ki, dünən Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinin Cənub regional idarəsinin rəisi Ərəstun Əbilovun oğlu yol hərəkəti qaydalarını pozduğuna və polis əməkdaşlarına müqavimət göstərdiyinə görə Masallı rayon Məhkəməsinin qərarı ilə 15 günlük həbs olunub. Avtosfer.az-ın verdiyi məlumata görə, rayon sakinləri bildiriblər ki, Sədi Əbilov rayon daxilində özünə məxsus «Niva» markalı maşını nömrəsiz və kustar üsulla hazırlanmış pərdə ilə sürürmüş. Bu zaman Masallı DYP-i əməkdaşları tərəfindən saxlanılan məmur oğlu polisə tabe olmaq istəməyib. Yol polisi əməkdaşlarına müqavimət göstərməsinə baxmayaraq onun idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb və barəsində tədbir görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə belə bir faktın qeydə alındığını təsdiq edib. Nazirlik əməkdaşı bildirib ki, həmin avtomobilin dövlət nömrə nişanı 90 SM 407-dir. Sədi Əbilovun törətdiyi inzibati xəta ilə bağlı protokol tərtib olunub və o, polis şöbəsinə dəvət edilib. Lakin S.Əbilov polis əməkdaşlarına tabe olmayaraq müqavimət göstərib. Buna görə də, onunla bağlı toplanmış materiallar Masallı rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə Sədi Əbilov barəsində 15 sutka inzibati həbs qərarı çıxarılıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR