“Kimsə İsa haqqında təhqiramiz bir söz söyləsə...”.
Britaniyanın Baş naziri Devid Kemeron bildirib ki, Roma Papası Fransiskin digərlərinin imanını lağa qoymamağa çağıran fikirləri ilə razı deyil.
Parisdə Charlie Hebdo jurnalına hücumdan sonra Papa bəyan etmişdi ki, kimisə onun anasını söyərsə, o zaman zərbə gözləməlidir.
Kemeron bildirib ki, azad cəmiyyətdə başqalarının dini hisslərini təhqir etmək hüququ mövcuddur.
“Mən xristianam. Əgər kimsə İsa haqqında nalayiq bir ifadə işlədərsə, mən bunu təhqiramiz hesab edə bilərəm, lakin azad cəmiyyətdə buna görə qisas almaq hüququm yoxdur”, - deyə, o, Amerikanın CBS telekanalına müsahibəsində bildirib.
Kemeronun sözlərinə görə, mətbuat kiminsə təhqiramiz hesab edəcəyi materialları dərc etmək hüququna malikdir, lakin bir şərtlə ki, həmin materiallar qanunu pozmasınlar.
Ötən həftə Roma Papası Fransisk bəyan etmişdi ki, Charlie Hebdo jurnalının karikaturaçıları kimi başqalarının dini inanclarını lağa qoyan “təxribatçılar” zərbə gözləməlidirlər.
“Mənim yaxşı dostum həkim Qasparri anamı söyərsə, o zaman məndən zərbə gözləsin. Bu normaldır. İnsanları təhrik etmək, başqalarının imanını təhqir etmək olmaz. Başqalarının dinini lağa qoymaq olmaz”, - deyə, Papa ötən həftə jurnalistlərə bildirmişdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR