"Rusiya əvvəlki kimi, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında razılığın əldə olunmasına dəstəyi xarici siyasət sahəsindəki prioritetlərindən biri kimi qiymətləndirir".
Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla keçirilən birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya həm ikitərəfli kanallar, həm də ATƏT-in Minsk qrupu həmsədrləri xətti ilə qarşılıqlı səmərəli razılaşmaların əldə olunması üzrə öz yardımını göstərməkdə davam edir. Lavrov qeyd edib ki, o, bu münaqişənin həlli məsələsinə nikbin baxır.
"Münaqişənin uzandığını hamı bilir və münaqişənin həlli üçün bazanın olduğunu da hamı bilir. Lakin Rusiyanın qarşılıqlı həllin əldə olunmasında fəallığı heç zaman azalmayıb. Biz çalışacağıq ki, bu razılıq tez bir zamanda əldə olunsun", - Rusiya XİN rəhbəri vurğulayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR