“I Avropa Oyunlarının açılış mərasimi çox möhtəşəm oldu. Dünyada görülməmiş hadisə idi. Burada digər üstün cəhət beynəlxalq standartlarla yanaşı, milli elementlərdən istifadə oldu”.
Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. O qeyd edib ki, açılış mərasimində milli elementlər, musiqilərimizdən istifadə işin fəlsəfəsi idi:
““Sarı gəlin”i ermənilər hər zaman öz musiqiqləri kimi dünyaya tanıtmağa çalışıblar. Amma biz də dəfələrlə bu mahnının Azərbaycana aid olduğunu demişik”.
Nizami Cəfərovun fikrincə, “Sarı gəlin” xalq mahnısının bu cür möhtəşəm səviyyədə təqdim olunması artıq hadisədir:
“Elə məqam var ki, orda deyilən söz, eşidilən musiqi, səslənən hər hansı mövqe bütün dünyaya yayılır. Bu baxımdan Avropa Oyunlarının açılışında “Sarı gəlin”in yüksək səviyyədə və yerində, məqamında, mükəmməl mövqedə səslənməsi böyük hadisədir. Düşünürəm ki, Azərbaycan bu cür hallarla düşmənlərinə qalib gəlməlidir. Sadəcə, sözdə, dedi-qodu ilə yox, möhtəşəm tədbirlərlə Azərbaycan sübut etdi ki, bu musiqi, bu mədəniyyət də onundur”.
Modern.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL