"Əlimi “Quran”a basaram ki..."

"Əlimi “Quran”a basaram ki..."

"Azərbaycanımın hər yeri, hər qarışı, hər guşəsi mənim canımdır”

Bu gün bəzi saytlarda xalq artisti İlhamə Quliyevanın həmkarı Nazpəri Dostəliyeva ilə bağlı sualı cavablandırarkən şamaxılıları təhqir etdiyi, müəyyən ayrı-seçkiliyə yol verdiyi ilə bağlı məlumatlar yer alıb. Bununla bağlı Moderator.az-a açıqlama verən xalq artisti İlhamə Quliyeva bu barədə yayılan məlumatların tamamilə yalan və əsassız olduğunu, həqiqəti əks etdirmədiyini bildirib: “Hesab edirəm ki, bu yazı qurama bir yazıdır. Siz özünüz bilirsiniz ki, mən vətənimi nə qədər sevirəm. Vətənimin hər qarışı mənim üçün əziz və müqəddəsdir. Indi sadəcə bir yalan uydurublar. Kimsə buna inanmasın. Mən əlimi “Quran”a basaram ki, elə sözlə deməmişəm. Bunların hamısı boş söhbətdir. Bildiyiniz kimi, mənə xalqımızın da, dövlətimizin də hörməti var. Hamı da bilir ki, mən xalqı xalqdan, milləti millətdən heç vaxt ayırmaram. Sadəcə, Dostəliyevanın özü öz vətənindən imtina edir. Mərəzəli olsa da deyir ki, şamaxılıyam. Niyə öz vətənindən imtina edir? Mən bu sözü demişəm. Başqa söz deməmişəm. Kimə demişəmsə qoy həmin şəxs gətirib diktafonda bunu sizə də, mənə də göstərsin. Sizə səmimi bir insan, bir Allah adamı olaraq deyirəm ki, bu boş söhbətdir. Heç vaxt belə bir söhbət mənim dilimdən çıxa bilməz”. Xalq artisti Azərbaycanı, onun hər bir qarışını hədsiz dərəcədə sevdiyini və hər hansı ayrı-seçkiliyin müzakirə predmeti olmadığını bildirdi: “Mən Azərbaycanımı özüm qədər, bəlkə özümdən də çox istəyirəm. Azərbaycanımın hər yeri, hər qarışı, hər guşəsi mənim canımdır. Ağlı olan heç kim bu söhbətə inanmaz. Mənə belə şeylər yapışmır. Kimə demişəmsə, bunu diktafonu gətirib sübut etsinlər. Diktafonsuz kim nə deyirsə-desin, boş söhbətdir. Mən “Quran”a and içə bilərəm ki, elə sözlər mənim dilimdən çıxmayıb və çıxa da bilməz. Mənim dincəldiyim yer Şamaxıdır. Camaat gedir Ankarada dincəlir. Mən isə öz məmləkətimizin dilbər guşələrində dincəlirəm. Mən Azərbaycanda dincəlməyi çox sevirəm. Heç vaxt elə sözləri dilimə gətirmərəm”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az