Suda boğulanlar gərək özləri özlərini sudan çıxarsın. Erməni dövlətinin başçısı belə hesab edir.
Hər şey zəhmətdən asılıdır və əgər yaxşı zəhmət çəkilərsə, istənilən problemi həll etmək mümkün olar. Bu sözlər Ermənistan prezidentinə məxsusdur.
Vətəninfo.az anspress-ə istinadən xəbər verir ki, bu haqda Erməni qəzetlərinin yazdığına görə, Serj Sarkisyan bu sözləri əhalinin yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 35%-nə ünvanlayıb. Amma prezident Ermənistanda qəhətə çəkilmiş işi hardan tapmağın yollarını göstərməyib.
Yəni o, məsuliyyəti ağır iqtisadi vəziyyətə düşmüş əhalinin boynuna qoyur. Keçmiş Qarabağ yaraqlısının sözlərinə görə, pis yaşamalarına görə, ermənilər özləri günahkardırlar, çünki pis işləyirlər.
Serj Sarkisyan altıncı ildir ki vəzifədədir və onun reytinqi bu gün demək olar ki, zirzəmiyə düşüb. Yerli qəzetlərin yazdığına görə, bu müddət ərzində o bir dəfə də olsun öz komandasının işinin nəticələrini xalqa göstərməyib. Əksinə, bu Cənubi Qafqaz respublikasının jurnalistləri yazırlar ki, ölkədə getdikcə cinayətkar oliqarxiya sistemi güclənir. "Kriminal" adlı yoluxucu xəstəlik özünə məxsus adət və ənənələri olan respublikanın nazirliklərinə və başqa rəhbər vəzifələrinə getdikcə daha çox sirayət edir. Bu barədə "Jamanak" qəzeti yazır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR