İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun Azərbaycana səfəri kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təhlil olunduğu məqalə yerləşdirilib.
Vətəninfo.az-ın AzərTaca istinadən verdiyi məlumata görə, nəqalədə bildirilir ki, səfər çərçivəsində keçirilən görüşlərin əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Münaqişə ilə bağlı fikirlərini bölüşən müəllif qeyd edir ki, bu problem regionun təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərir. Azərbaycanı və Ermənistanı iqtisadi inkişaf göstəricilərinə görə müqayisə edən müəllif bildirir:“Azərbaycanda sürətli inkişaf prosesi müşahidə olunmaqdadır. Ermənistanda isə bu göstəricilər Azərbaycandan dəfələrlə aşağıdır”.
Yazıda qeyd edilir ki, Avropanın Cənubi Qafqaz regionunda sabitliyin bərpa olunmasına daha çox maraq göstərməsinin əsas səbəblərindən biri də Azərbaycan qazını bu qitəyə daşıyacaq TAP layihəsi ilə bağlıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qitəni Azərbaycanın enerji ehtiyatları ilə təmin edəcək layihələrin çox böyük önəmi var.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR