Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovaya növbəti məhkəmə prosesində də qalib gəlməsindən danışıb.
Vətəninfo.az Axşam.az-a istinadla bildirir ki, ifaçı bu haqda sosial şəbəkədə yazıb:
“Qanunlarımızın kimliyə, statusa fərq qoymadan, hər kəs üçün eyni, düzgün şəkildə tətbiq olunması bir daha sübut edildi. Bu prosesdə dəqiq və qərəzsiz çalışdıqları üçün bütün məhkəmə heyətinə, obyektivliyi qoruyaraq, xəbərləri paylaşan media nümayəndələrinə, əvvəldən sona qədər dəstəyini əsirgəməyən dostlarıma, haqqı nahaqdan ayıran sənət yoldaşlarıma, ağı qaradan seçən xalqımıza təşəkkürümü bildirirəm. Ümumilikdə haqq tərəfdarlarının qələbəsi, haqsızların həyat dərsidir. Bu müqəddəs ayda hər kəsin düzgün yola gəlməsini, günahdan qorxmasını, pis əməllərdən uzaq olmasını diləyirəm”.
Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Dünən Aygün Kazımovanın Bakı Apellyasiya Məhkəməsinin Natavan Həbibinin xeyrinə çıxardığı qətnamədən verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin Mülki kollegiyasında baxılıb. Qərar N.Həbibinin xeyrinə olub.
Qərara görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL