“Nepalda baş verən zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi və ciddi ziyan görməsi məni də sarsıtdı. Prezident İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan hökuməti adından Nepal Federativ Demokratik Respublikasına humanitar yardım göndərilib və Azərbaycan vətəndaşları fəlakət zonasından təxliyə edilib”.
Vətəninfo.az Modern.az-a istinadla məlumat verir ki, Milli Məclisin deputatı Fuad Muradov bildirib. Fuad Muradov qeyd edib ki, Azərbaycan bayrağı əks olunmuş təyyarənin Nepala getməsi, zəlzələdən əziyyət çəkən insanlara yardım, həmçinin 13 vətəndaşımızın fəlakət baş vermiş ərazidən Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ olaraq təxliyə edilməsini görəndə ölkəmizin qüdrəti, humanizmə necə diqqətlə yanaşmasını ilə qürur duyub.
“Daha bir məqam isə təxliyə edilənlərin arasında yaxından tanıdığım bir insanın ailəsinin olması idi. Azərbaycan dövlətinin vaxtında atdığı addım həm ölkə vətədaşlarının həyatını, həm də zəlzələdən əziyyət çəkən Nepal xalqının qismən də olsa həyatlarını xilas etməyə yönəldi. İnşallah bu qüdrətimizi Qarabağı azad etməklə bir daha sübut edəcəyik!”,-deyə deputat bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR