Sumqayıtda “Karvan” Ticarət Mərkəzində yanğın başlayıb.
Vətəninfo.az xəbər verir ki, Fövqəladı Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Publika.az-a verilən məlumata görə, təxminən saat 21 radələrində nazirliyin 112 qaynar xəttinə məlumat daxil olub. Hadisə yerinə dərhal yanğınsöndürənlər və xilasedicilər göndərilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. Yanğının səbəbi aparılan araşdırmalardan sonra məlum olcaq.
Hadisə şahidlərinin Publika.az-a verdikləri məlumata görə, yanğının dükanlardan birindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə aşçıqlama verib. Nazir müavini bildirib ki, yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitinin çıxarılması üçün tədbirlər görürlər.
Qeyd edək ki, ötən ilin oktyabr ayında da "Karvan" Ticarət Mərkəzində yanğın baş vermişdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR