Türkiyənin ən reytinqli teleserialı olan “Kurtlar Vadisi Pusu” Show TV-də yayımlana bilər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telekanal rəhbərliyi ilə serialı çəkən Pana Film arasında razılıq əldə olunduğu iddia edilir.
Hazırda Pana Filmin ATV ilə mövsümün sonunadək müqaviləsi olsa da, anlaşma bəzi şərtlər daxilində birtəfərli olaraq pozula bilər. Bunlar ATV-nin rəhbərinin dəyişməsi və ya telekanalın ödəmələri gecikdirməsi ola bilər.
Bir müddət əvvəl Pana Filmə 7 milyon dollar borcu olan ATV serialın Show TV-yə transfer oluna biləcəyini öyrənərək dərhal bu məbləği ödəmişdi. Buna baxmayaraq, yaxın zamanda “Kurtlar Vadisi Pusu”nun Show TV ekranlarında yayımlanacağı iddia edilir.
Qeyd edək ki, “Kurtlar Vadisi” serialı ilk dəfə 2003-cü ildə Show TV-də nümayiş olunub və 10 il ərzində 7 müxtəlif kanala transfer olunub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR