Ötən gün Türkiyə komandasına bürünc medal qazandıran Elif Jale Yaşılirmak həm türklər, həm də azərbaycanlılar üçün əsl sürpriz etdi.
İdmançı döyüşün əvvəlində Belarus güləşçisinə uduzurdu. Ancaq güclü azarkeş dəstəyi və daxili inam hər şeyi bir anda dəyişdi. Məğlub olduğu halda, birdən-birə böyük xal fərqi ilə qələbə qazandı.
Döyüşdən sonra Elif deyib ki, məğlub olmaq heç ağlına da gəlmirdi.
"Çünki bilirdim ki, bu medal komandaya lazımdır. Mən zədəli idim, güləşmək olmazdı mənə. Həkim icazə vermirdi ki, xalçaya çıxım. Ancaq şükürlər olsun Allaha ki, hər şey yaxşı keçdi. Azarkeşlərin dəstəyi inanılmaz idi. Hər kəsə təşəkkür edirəm ki, belə dəstək verdilər mənə. Çünki azarkeşlərin dəstəyi güclü enerji verirdi. Mənə çox kömək etdilər", - əlavə edib.
Azərbaycana ilk dəfədir ki, gəldiyini deyən idmançını paytaxt Bakı heyran edib: "Mən Bakının belə gözəl olduğunu təsəvvür etmirdim. Mənimlə Bakıdan bir oğlan da məşq edir. Bu gün axşam məni şam yeməyinə evlərinə dəvət ediblər. Həm şam edəcəyik, həm də şəhərdə gəzəcəyik. Sabah isə geri qayıdırıq".
Elif deyir ki, əsl adı Yuliyadır və İsveçdə yaşayır. Türkiyə komandasında çıxış etdiyi üçün istəyib ki, azarkeşlər onu türk adı ilə tanısınlar. Bu səbəbdən də adını dəyişərək Elif qoyub.
Milli.Az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL