FİFA Bakının “Neftçi” klubuna sərt xəbərdarlıq edib.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi sabiq futbolçusu Emil Mpenzaya olan borcunu ödəməyə məhkum edilib.
Ali futbol qurumu belçikalı oyunçu ilə klub arasında mübahisəli vəziyyəti araşdıraraq, müvafiq qərarı verib. Artıq bu qərar barədə məlumatlandırılan “Neftçi” Mpenzaya təxminən 1 milyon dollar ödəməlidir.
Bu, 2010-cu ilin yayında “Neftçi”yə keçən, 3 illik müqavilə imzalamasına baxmayaraq, ilyarım sonra qovulan legionerə vaxtında ödənilməyən puldur. 2012-ci ilin əvvəlində Emilə özünə klub tapmağı tövsiyə edilib. Bunun üçün ona rəsmi icazə verib, yola salan bakılılar onun klub tapacağı vaxta qədər maaşını da ödəməyə razılaşıblar. Amma az keçməmiş paytaxt təmsilçisi FİFA-ya belçikalının komandanı özbaşına tərk etməsi ilə bağlı şikayət ünvanlayıb (futbolinfo.az).
Amma məsələdən xəbər tutan Mpenzanın özü də quruma şikayət etməyi lazım bilib. Bundan sonra məsələyə baxan FİFA da futbolçunun tərəfində durub. “Ağ-qaralar”ı məbləği ödəməyə məhkum edən qurum kluba daha sərt cəzalarla bağlı xəbərdarlıq da edib.
Belə ki, “Neftçi” Emilin pulunu ödəməsə transfer qadağası, hesabından xal silinməsi, aşağı dəstəyə göndərilməsi kimi cəzalara məruz qala bilər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL