Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. “Ford Transit” markalı 90 EM 792 dövlət nömrə nişanlı yük maşını eyni istiqamətdə hərəkət edən “Hyundai Santa Fe” markalı 90 GC 515 dövlət nömrə nişanlı avtomobilə arxadan çırpılıb.
İlkin məlumata görə, “Hyundai” yanacaqdoldurma məntəqəsinə girirmiş. Bu vaxt Nobel prospekti ilə yüksək sürətlə hərəkət edən “Ford” onu arxadan vurub. Sonra hər iki avtomobil yanacaqdoldurma məntəqəsinin girişinin yaxınlığındakı işıq dirəyinə çırpılıb, dirək aşıb.
Qəza nəticəsində ət məhsulları şirkətinə məxsus yük avtomobilindəki sərnişin, şirkətin ekspeditoru Pərvin Məlikova xəsarət alıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Qeyd edək ki, Pərvin Məlikova həm də sürücü Sənan Murğuzovun həyat yoldaşıdır.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR