Azərbaycanın "Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Monteneqro "Rudar"ı Serbiyada təlim-məşq toplanışı keçəcək. Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, yerli mətbuata istinadən verdiyi məlumata görə, artıq Monteneqro təmsilçisi dünən toplanışın keçiriləcəyi Kuçevoya yola düşüb.
İki həftəlik toplanış çərçivəsində "Rudar" iki yoxlama oyununa çıxacaq. Komandanın baş məşqçisi Mirko Mariç səfər öncəsi açıqlamasında bildirib ki, cütün favoriti "Qarabağ" klubudur: "Düzdür, "Qarabağ"ın büdcəsi demək olar ki, bizdən 100 dəfə çoxdur. Yavaş-yavaş rəqibimizi tanıyırıq. Onların heyətində 15 əcnəbi futbolçu var. Lakin biz əvvəllər gözlənilmədən rəqiblərimizi məğlub etmişik".
Baş məşqçi M.Mariç toplanışda iştirak edəcək futbolçuların adlarını da açıqlayıb. Onların arasında 2013-2014 mövsümünün ikinci yarısında Bakının "Rəvan" klubunda çıxış etmiş Miloş Zeçeviç də var:
Miloş Radanoviç, Milan Yelovaç, Marko Lazareviç, Deyan Damyanoviç, Nikola Sekuliç, Zelyko Tomaşeviç, Nikola Qaçeviç, Marko Vukoviç, Vladan Qordiç, Miliya Qoluboviç, Dorde Duriç, Duşan Nestoroviç, Predraq Brnoviç, İqor İvanoviç, Nedelko Vlahoviç, Ryota Noma, Adi Bamur, Stevan Relyiç, İvan Knejeviç, Radule Jivkoviç, Miroye Yovanoviç, Mirko Radisiç, Denis Sopo, Denis Hadziosmanoviç, Miloş Zeçeviç.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL