Rusiya iqtisadiyyatı üçün böhranın pik nöqtəsi hələ keçilməyib. Vətəninfo.az-ın məlumatına görə, "Report" xəbər verir ki, bunu "İnterfaks" agentliyinə müsahibəsində Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin bildirib.
Onun fikrincə, böhranın ən kəskin fazası 2015-ci ilin ikinci yarısına təsadüf edəcək.
"Böhranın kəskin fazası irəlidədir. İlin ikinci yarısında Rusiyada ÜDM azalması ilk yarım ilə nisbətən daha sərt olacaq", - deyə A.Kudrin bildirib.
Sabiq nazir böhranın ən kəskin dövrünün iyun ayında baş verəcəyini proqnozlaşdırır. Daha sonra böhranın səngiyəcəyi, amma hər yeni rübdə keçən ilin müvafiq dövrünə nəzərən azalmanın olacağı gözlənilir.
A.Kudrin Rusiyada bu il ÜDM azalmasının 4% olacağını proqnozlaşdırır ki, bu da İqtisadi İnkişaf Nazirliyinin proqnozundan bir qədər artıqdır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL