Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, A.S. Puşkinin "Ruslan və Lyudmila" əsərinin operası Rusiyada qadağan edilib. Buna səbəb "Kiyev" və "Dnepr" sözləridir. ANS PRESS-in məlumatına görə, bu barədə Mikayıl Tarıverdiyev adına xeyriyyə fondunun prezidenti Vera Tarıverdiyeva bu barədə şəxsi Facebook səhifəsinda yazıb.
Onun sözlərinə görə, onların fonduna Moskvanın mədəniyyət və tarixi ənənələri gününə həsr olunmuş konsert proqramında musiqi nömrəsi təqdim etməyi təklif ediblər. Bir neçə musiqi nömrələri ilə birlikdə, müğənni Termin Zaryanın "Ruslan və Lyudmila" operasından Lyudmilanın ariyasının təqdimatı planlaşdırılıb.
Proqram Moskva şəhəri Mədəniyyət departamenti tərəfindən iki həftə əvvəl təsdiqlənib. Lakin proqramdan Lyudmilanın ariyası çıxarılıb. Səbəb kimi isə, musiqi nömrəsinin mətnində "Kiyev" və "Dnepr" sözlərinin olması göstərilib.
Sözügedən musiqi nömrəsinin mətnində bu ifadələr var: "Mənim doğma, geniş Dneprimə olan məhəbbətimdən, bizim uzaq Kiyevimizdən oxuyuram!".
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR