Xalq artisti, tanınmış aktyor Rafiq Əzimov ilk dəfə olaraq şəxsi həyatından danışıb.
77 yaşlı aktyor şux və cavan qalmasına görə həyat yoldaşına minnətdar olduğunu deyib: “Həyat yoldaşım həmişə mənə dayaq olub. Bəlkə də, o olmasaydı, səhnədə və həyatda uğurlara nail ola bilməzdim. Mən həmişə deyirəm ki, sənətkar uşaq kimidir, onların nazını çəkən qadına ehtiyacı var. Dahi Niyazinin həyat yoldaşı Həcər olmasaydı, o, bu qədər uğura çata bilməzdi. Bildiyimə görə, Həcər xanım Niyazinin uşaq kimi qayğısına qalıb. Mən də xanımıma borcluyam. Onunla evləndiyim üçün özümü xoşbəxt kişi sayıram”.
Aktyor xanımının heç vaxt onu qısqanmadığını və ona inandığını deyib:
“Həyat yoldaşım məni tərəf müqabillərimə qısqanmayıb, çünki mənə inanıb. Mən onun inamından sui-istifadə etməmişəm. Xanımıma olan sevgim heç vaxt azalmayıb”.
Publika.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL