Xalq Yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında çəkilməsi nəzərdə tutulan eyniadlı filmin yaradıcı heyəti Azərbayacana gəlir.
Bu barədə məlumatı ANS PRESS-ə layihənin kordinatoru Berat Berberoğlu verib. Onun sözlərinə görə, Türkiyənin ən baxımlı seriallarından olan "Kuzey Güney" serialının rejissoru, eyni zamanda "Mahmud və Məryəm"də rejissoru olan Mehmet Ada Öztekin də Bakıya gəlir. Filmin yaradıcı heyəti sabah yerli vaxtla saat 19:30-da Bakıda olacaq.
Bakıya gələn aktyorlar arasında "Öylə bir keçər zaman kı..." filminin Metesi - Aras Bulut İynemli, Eva Dedova, Fəxrəddin Manafov, Məlahət Abbasova,Tomris Incer, Mehmet Çevik,Polat Bilgin,Şafak Başkaya,Kristina Krepela,Şamil Süleymanov, Açelya Özcan,Murad Abdullayev, İlker Kizmaz,Ramiz Məlikov. Mert Öcal və Cemal Hünal var.
Qeyd edək ki, filmin Azərbaycanda çəkilişləri Bakının Suraxanı rayonu ərazisindəki “Atəşgah” məbədində, Şirvan, Qax, Qəbələ rayonlarında aparılması nəzərədə tutulub. Əsər savaş, səfalət və böyük sevgidən bəhs edir.
Xatırladaq ki, ekran əsəri Azərbaycanın “Salnamə” və Türkiyənin “24 Karefilms” kinostudiyaları tərəfindən istehsal olunacaq. Filmin çəkilişinə Azərbaycan və Türkiyənin mədəniyyət nazirlikləri dəstək verir. Filmin ərəb və Avropa ölkələri də daxil olmaqla, 30-dan çox ölkədə satışı planlaşdırılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR