ANS-in aparıcısı Xoşqədəm Hidayətqızı İnstagram-da keçmiş iş yoldaşına ismarıc yollayıb.
Vətəninfo.az Publika.az-a istinadla xəbər verir ki, aparıcı həmkarının adını açıqlamasa da, dostlarını həmin adamla diqqətli olmağa səsləyib.
"Dünən bir nəfər deyir ki, keçmiş iş yoldaşın əvvəl işlədiyin TV ilə bağlı mənfi yazı gedən kimi qaçır rəhbərliyin yanına. Deyir ki, araşdırın, bunu Xoşqədəm yazdırır. Bilmirəm rəhbərlik buna inanır, ya yox? Ancaq məni tanıyan yaxşı bilir ki, Allahdan başqa heç kimdən qorxum yoxdur. Kiməsə nəyisə yazdırmağa da ehtiyac duymuram, sözüm olanda üzünə deyirəm. Üzə gülüb, pambıqla baş kəsmək mənlik deyil.
O adama bircə sözüm var! Kimin tərəfindən kimin yazı yazdırdığını araşdırmaqdansa, ailənə nəzarəti gücləndir. Hara gedir, hardan gəlir, sahib olduqlarını necə əldə edir? Kömək lazımdırsa, mən də kömək edim. İnan ki, buna çox ehtiyac var. Olmasa, məsləhət görməzdim. Və dostlarımdan xahişim. Bu adam arxa planda at oynadanlardandır. Düzdür, efirdədir, amma tanıyan yoxdur. Aranızda sorğu keçirsəniz, onu tanımayacaqsınız, ona görə də xahiş edirəm, adını çəkməyin".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL