Əməkdar artist Mehriban Xanlarova “Günə baxan” verilişinin qonağı olub.
Vətəninfo.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa “Maşın” realiti-şousundakı iştirakından, tanınmışların onun ünvanına dediyi sözlərdən danışıb.
O, müğənni Xatirə İslamın onun ünvanına dediyi “Sən də Amaliya Pənahova, Məleykə Əsədova kimi baş rolda oynayaydın, maşının olardı” sözlərinə münasibət bildirib:
“Maşının ətrafında olanlar Xanlarovanı çox böyütdülər. Çünki güclü idim. Aktyor yoldaşım çıxıb, “ovçu pirim” deyə-deyə gülləni mənə tərəf tuşlamışdı. Oyunun şah damarı mən idim. Müğənnilərə məşhurluq gətirdim. Xatirə bu sözləri deməməliydi. O, kimlərəsə yaltaqlandı. Xatirənin başı toylara o qədər qarışıb ki, mənim yaradıcılığımdan xəbəri yoxdur. Universitetdə oxumaya-oxumaya Moskva film studiyasının təsdiqi ilə baş rola çəkilmişəm. Şouda olduğum müddətdə ünvanıma xoşagəlməz sözlər deyənlərin hər birinin cavabını verəcəm. Kərim Abbasov, Tolik və Səidə Sultan haqqımda danışıb. Hamısı o təhqirə görə üzr istəyəcək. Əks halda məhkəməyə verəcəm. Səidə sən kim, mən kim? Hamısına xəbər göndərmişəm. Əsas savaşım isə Kərimlədir”.
Qeyd edək ki, S.Sultan aktrisanın ünvanına “Mehriban xanımın bir rolu yadımdadır. O da əxlaqsız qadın obrazıdır. Onun elə davranışı qarşısında Aygün xanım (xalq artisti Aygün Kazımova – red.) kimi sakit dura bilməzdim. Belə insanlar həyatda heç nəyə nail olmayan, yarımayan insanlardır” sözlərini demişdi.
K.Abbasov da sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqiramiz sözlər yazmışdı.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir