Sevda Yahyayeva avqust ayında növbəti solo-konsertini verməyə hazırlaşır. Gecə-gündüz fərqli performans göstərmək üçün çalışan müğənni bu il də sevənlərinə konsertində sürprizlər vəd etdi.
Yahyayeva yeni konserti haqda məlumat verib:
"Özümü xoşbəxt müğənni hesab edirəm ki, neçə illərdir, məni sevən insanların qarşısında solo-konsertlərimlə çıxış edirəm. İndi hazırlaşıram, daha maraqlı və fərqli konsert proqramı ilə çıxış edim. Konsert proqramı "KEvents group"un rəhbərliyi və təşkilatçılığı ilə baş tutacaq. Artıq neçə aydır ki, bu konsert proqramına hazırlaşıram.
Sevilən bəstəkarımız İsmayıl Əsədovun topladığı musiqi orkestrı ilə birlikdə canlı musiqi səsləndiriləcək. Səhnədə mənimlə birlikdə rəqqaslar da çıxış edəcəklər. Bu il də ənənəyə sadiq qalaraq 20-dən çox mahnı oxuyacağam. Odur ki, gecə-gündüz komanda şəklində çalışıram ki, tamaşaçı razı qalsın. Geyimlərim daima fərqli olub, bu il də fərqli və yeni səhnə geyimlərində çıxış edəcəyəm. Aparıcı dostlarıma təşəkkür edirəm ki, dəvətimi qəbul edib konsertlərimdə yanımda olublar.
Konsertin aparıcısı haqda danışmaq istəmirəm. Konsert haqda ümumi detalları açıqlamaq istəmirəm, inanıram ki, konsertə gələnlər zamanını əyləncəli, musiqili və maraqlı keçirəcəklər".
Milli.Az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL