Türkiyədə Qurban bayramı ilə əlaqədar görülən bütün tədbirlərə baxmayaraq, bələdiyyələrin təyin etdiyi yerlərindən kənarda kəsilən qurbanlarla ortalıq qan gölünə çevrilib.
Vətəninfo.az Publika.az-a istinadən xəbər verir ki, qonşu ölkədə qurban kəsən 4 mindən çox naşı qəssab özünə xəsarət yetirib, bir nəfər isə ölüb.
Statistik məlumatlara görə, xəstəxanaya gətirilən naşı qəssabların sayı 4078 nəfər olub. Bütün günü əksər xəstəxanaların təcili yardım və cərrahiyyə şöbələri qəssablarla dolub, boşalıb. Xəsarət alanların əksəriyyəti bıçaqla əllərini kəsib, bəziləri isə iribuynuzlu mal qaranı yıxarkən səhvən heyvanın altında qalan əl və ya ayaqlarını yaralayıblar. Onlardan bəzilərinin xəsarəti yüngül olduğundan evə buraxılıb, bəziləri isə xəstəxanaya yerləşdirilib.
Kayseridə isə oğulları ilə birlikdə kəsəcəyi dananı yıxmağa çalışarkən betonun üzərinə yıxılan 62 yaşlı kişi ürəktutmasından vəfat edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR