Ramazanın 6-cı günü üçün imsak və iftar vaxtı — Günün duaları

Ramazanın 6-cı günü üçün imsak və iftar vaxtı — Günün duaları
Ramazanın 6-cı günü üçün imsak və iftar vaxtı açıqlanıb. Sabah, 24 fevral tarixində imsak vaxtı saat 05:57, iftar (Məğrib azanı) isə saat 18:40 olaraq təyin edilib.

Demokrat.az rəsmi təqvimə əsasən, Ramazan ayının altıncı günü üçün Bakı vaxtı ilə müəyyən edilmiş saatları və duaları təqdim edir:

Ramazan ayının 6-cı gününün duaları

İmsak duası

"Allahummə la təxzulni fihi li-təərruzi məsiyətik. Və la təzribni bi-siyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bi-mənnikə və əyadikə ya muntəha rəğbətir-rahibin”.

Tərcüməsi: "İlahi, sənə qarşı etdiyim günaha görə bu gün məni xar etmə. Məni intiqam taziyanələri ilə vurma. Sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Sənə minnətdaram, ey qorxanların pənahı!”

İftar duası

"Allahummə ləkə sumtu və bikə aməntu və əleykə təvəkkəltu və əla rizqikə əftərtu və sauməl-ğədi min şəhri Ramazanə nəvəytu, fəğfirli ma qəddəmtu və ma əxxərtu”.


Tərcüməsi: "İlahi, sənin üçün oruc tutdum, sənə iman gətirdim, sənə təvəkkül etdim və sənin verdiyin ruzi ilə iftar açdım. Ramazan ayının sabahkı orucuna niyyət etdim. Mənim əvvəlki və sonrakı günahlarımı bağışla!”.

Allah ibadətlərinizi qəbul etsin!


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az