Ramin Musayev Rövnəq Abdullayevə baş qaldırdı - Qalmaqal

Ramin Musayev Rövnəq Abdullayevə baş qaldırdı - Qalmaqal

Premyer Liqanın növbəti turunda ilin son derbisi keçiriləcək. «Neftçi» - «Qarabağ» qarşılaşmasını Ömər Paşayev idarə edəcək. Hamının böyük səbirsizliklə gözlədiyi matçın hakimliyinə qiyməti isə Xaqani Məmmədov verəcək. Çox qəribədi, AFFA Hakimlər Komitəsinin sədri bu görüşə necə təyinat ala bilər axı.

Bugünlərdə məlumat vermişdik ki, Xaqani Məmmədov, Asim Xudiyev və Ramiz Əsədov Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırılıb. Bu, AFFA-nın yaratdığı komissiyanın qərarıdı. Saytımızın aşkarladığı video ətrafında araşdırma aparmaq üçün fəaliyyətə keçən xüsusi qrup 2001-ci ildə UEFA Kuboku çərçivəsində "Osiyek" - "Dinaburq" qarşılaşmasına "barmaq eləməyə" cəhd göstərən hakimlərin indi hakim-inspektor kimi Premyer Liqa və I Diviziona təyinat almasına qadağa qoymuşdu.

Adlarını çəkdiyimiz şəxslər təhqiqat bitənədək çempionatdan kənarda qalacaqdı. Xudiyev və Əsədov barədə qərar icra olunur. Hakimbaşıya gəlincə… Ramin Musayev de-fakto tabeçiliyi altında saxladığı AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarova ona görə təzyiq edib. HİK sədrinə Xaqani Məmmədovun adını təyinat alanların siyahısına birinci yazdırıb. Burdan görünür ki, Peşəkar Futbol Liqasının prezidenti federasiyanın olayı obyektiv araşdırmasını istəmir, eyni zamanda, onları saymır./Sportinfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az