Aktyor Elməddin Cəfərov ATV-də yayımlanan "Bacanaqlar” serialının yeni mövsümdə fərqli formada təqdim ediləcəyini bildirib.
Vətəninfo.az-ın məlumatına görə, Axşam.az-a açıqlama verən aktyor bəzi aktyorların ekran işindən uzaqlaşdırıldığını deyib:
"Ramazan
ayında istirahətə getdik. İyulun 15-dən isə yenidən iş başındayıq.
"Bacanaqlar” serialı tamamilə dəyişib. Bircə adını saxladıq, bütün
ssenari dəyişib. Əvvəlki Abbas (Ənvər Abbasov), Nataşa (Xəyalə
Abbasova), Dilbər (Vüsalə Əlizadə), Xansuvar (Tərlan Nur-Yaşar), Mətləb
(Şükran Soltanov) obrazlarını canlandıran aktyorlar uzaqlaşdırılıb. "Qız
atası” serialımız olduğu kimi qalır. Yeni mövsümdə üçüncü serialımız
başlayır. O da komediya janrındadır. ATV-də yayımlanacaq, maraqlıdır”.
E.Cəfərov film təkliflərindən imtina etməsinin səbəbini də açıqlayıb:
"Hədsiz
çox film təklifləri alıram. İmtina edirəm. Həqiqi bədii filmə çəkilmək
istəyirəm. Video filmlər olmaz. Özüm heç vaxt film çəkmərəm. Çünki bu
sahədə rəqabət yoxdur. Rejissorlar özləri-özləri ilə rəqabətə girir”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL