“Çox təəssüf olsun ki, dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərinin yaşı cavanlaşır.
Bu gün ürək-damar xəstəliklərindən əziyyət çəkən gəncləri əməliyyat edirik. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son statistikada ürək-damar xəstəlikləri dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında birincidir. Azərbaycanda da eyni vəziyyətdir”.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev deyib.
K. Musayev bildirib ki, ötən il Mərkəzi Klinik Xəstəxanada 1000-ə yaxın ürək-damar əməliyyatı icra olunub: “Ümumilikdə götürsək, Mərkəzi Klinik Xəstəxanada 14 illik fəaliyyətimiz ərzində 11 mindən çox ürək-damar əməliyyatı həyata keçirmişik. Hazırda Bakıda və digər şəhərlərimizdə artıq ürək-damar xəstəliklərinin diaqnozu və müalicəsi ilə məşğul olan çox gözəl mərkəzlərimiz var və bu mərkəzlərdə çalışan azərbaycanlı kadrlarımız var”.
K. Musayev ürək-damar xəstəliklərinin qarşısının alına biləcəyini də qeyd edib: “Ürək-damar xəstəliklərinə yol açan səbəbləri ortadan qaldırsaq, xəstəliyi ən azından ciddi dərəcədə gecikdirmiş olarıq. Əsasən siqaret və digər tütün məmulatlarından istifadə, qan təzyiqinin yüksək olması, şəkər xəstəliyi və yemək-içmək vərdişlərimiz ürək-damar xəstəliyinin ən əsas səbəbləri arasındadır”.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?