Dekabrın 20-də Respublika İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsində rəqqasə, aktrisa və pedaqoq Rimma Məmmədovanın yaradıcılıq gecəsi keçiriləcək. Gecənin təşkilatçısı tanınmış rəqqas, Respublika İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayevdir. T.Eynullayevin Vətəninfo.az-a verdiyi məlumata görə, yaradıcılıq gecəsində rəqqasənin şagirdləri, gimnaziyanın müəllimləri, vaxtilə Rimma xanımdan dərs almış tanınmış incəsənət xadimləri iştirak edəcək. Xatırladaq ki, R.Məmmədova uzun illər Bakı Xoreoqrafiya Məktəbinə rəhbərlik edib. Rəqqasə aktrisa kimi də tanınır. O, 1960-cı ildə qısametrajlı “Mollanın sərgüzəştləri”, 1961-ci ildə “Bizim Küçə” və s. filmlərdə müxtəlıf obrazlar yaradıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR