Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda Qəbələ RLS-in bağlandığını rəsmən təsdiqləyib. “Media forum” saytının məlumatına görə, XİN-in sözçüsü Aleksandr Lukaşeviçin dekabrın 11-də verdiyi açıqlamada deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Qəbələ Radiolokasiya Stansiyasının statusu, istifadə prinsipləri və şərtləri haqda sazişin fəaliyyət müddəti 2012-ci ilin dekabrın 9-da başa çatdığı üçün Rusiya tərəfi dekabrın 10-dan bu stansiyanın istismarını dayandırıb. Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinə vaxtında müvafiq nota təqdim edib”.
Nazirliyin rəsmisi Azərbaycandan Qəbələ RLS-in icarə müddətinin uzadılması haqda danışıqları bərpa etmək təklifi daxil olmadığını vurğulayıb.
1985-ci ildə istismara verilən Qəbələ RLS SSRİ-nin raketdən müdafiə kompleksinin əsas stansiyalarından biri olub. Bu stansiya 6 min kilometr məsafədə hava məkanını nəzarətdə saxlayırdı. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya icarəyə vermişdi. İcarə müddəti 2012-ci ilin dekabrında başa çatırdı.
Xarici İşlər Nazirliyi dekabrın 10-da bəyanat yayaraq bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Qəbələ Radiolokasiya Stansiyası danışıqlarında razılaşma əldə olunmayıb və stansiyanın istismarı dayandırılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR