Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyünün bərpasına başlanılıb.
Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu barədə mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, məqsəd "Qarabağ"ın avqustun 27-də İsveçrə "Yanq Boyz"u ilə keçirəcəyi Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşünədək ot örtüyünü hazır vəziyyətə gətirməkdir.
A.İsmayılov bildirib ki, aparılan işlərlə əlaqədar "Qarabağ" Azərbaycan Premyer Liqasının II turunda "Rəvan"ı Respublika stadionunda qəbul edə bilməyəcək. O, bərpa prosesindən sonra arenada ilk qarşılaşmanın məhz "Yanq Boyz"la oyuna təsadüf edəcəyini söyləyib.
Qeyd edək ki, Respublika stadionunun ot örtüyü "Qarabağ"ın Şotlandiya "Seltik"i ilə avqustun 5-də keçirdiyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən öncə saralmağa başlayıb. Nəticədə elə də əlverişli olmayan qazonda baş tutmuş oyunda hesab açılmayıb və Ağdam təmsilçisi ilk matçdakı 0:1 hesablı məğlubiyyət üzündən ən nüfuzlu klub turnirində mübarizəni dayandırıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL