Rio-2016: Güləşçilərimizin rəqibləri bəlli oldu

Rio-2016: Güləşçilərimizin rəqibləri bəlli oldu
Avqustun 14-də Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışlarına start veriləcək.
 
Axar.az xəbər verir ki, döşək üzərinə çıxacaq yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının iki üzvünün rəqibləri müəyyənləşib.

59 kiloqram çəki dərəcəsində çıxış edən Rövşən Bayramov mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olacaq. R.Bayramov bu rəqibini keçdiyi təqdirdə dörddəbir finalda Mahadi El Messaudi (Mərakeş)-Xese David Tielke (ABŞ) cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş saat 17:15-də başlayacaq.
 
Yarışlarda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyevin isə 1/16 final mərhələsində rəqibi misirli Mahmud Fevzi Rəşad Sebye olacaq. Güləşçimizin birinci görüşü saat 17:05-də keçiriləcək.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az