Rio-2016: Məcidov da mübarizəni dayandırdı
Rio Olimpiadasında boks yarışları davam edir.
Qol.az-ın məlumatına görə, idmançımız Məhəmmədrəsul Məcidov da bu gün rinqə çıxıb.
+90 kq çəki dərəcsində mübarizə aparan bokçumuz 1/8 finalda qazaxıstanlı İvan Diçko ilə qarşılaşıb.
İlk raundda rəqibinə uduzan Məcidov ikinci raundda qaşından zədə alıb. Həkimlər onun döyüşü davam etdirməsinə icazə verməyib.
Bununla da 1/4 finalda mübarizəni dayandıran Albert Səlimov və Abdulqadir Abdullayevin ardından daha bir boksçumuz medalsız qalıb.
Miq.az