Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiyanın bir neçə tanınmış idman jurnalisti Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər ediblər. Məlumata görə, səfər Moskvada yaşayan “Avineks” şirkətinin rəhbəri, FİFA tərəfindən tanınmayan Beynəlxalq Həvəskar Futbol Assosiasiyasının təsisçisi və Qarabağ müharibəsinin iştirakçısı Armen Barxudaryanın təşəbbüsü ilə baş tutub. Onlar mayın 31-də Xankəndidə 8 yerli, 2 Moskva komandasının yarışdığı futbol turnirində iştirak edib.
Moskva komandasının tərkibində Rusiyanın “NTV Plyus” telekanalının əməkdaşı, əslən Bakı ermənisi olan Nobel Arustamyan, “R-Sport” idman agentliyinin müxbiri Maksim Allanazarov, “Perest” telekanalının idman müxbiri İqor Kıtmanov, “NTV Plyus”un şərhçisi Filipp Kudryavtsev də var. Onlar Xankəndidə çəkdirdikləri şəkli sosial şəbəkələrdə yayımlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin icazəsi olmadan Dağlıq Qarabağa istənilən səfər qeyri-qanuni hesab edilir. Bu səfərə gedən şəxslər rəsmi Bakı tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunur. Bu halda onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulur. Nazirliyin mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, məsələ araşdırılır və təsdiqlənəcəyi təqdirdə lazımi tədbirlər görüləcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR