İstanbul polisi eskort qız elanlarının yer aldığı 2 ayrı internet saytını nəzarət altına alıb. Moskvadan daxil olan müraciəti təmin edən iki internet saytının yenə Moskvada fəaliyyətdə olan qadın tacirlərinə aid olduğu müəyyənləşib. Saytlarda Rusiya, Ukrayna, Moldova kimi ölkələrdən qadınların satışa çıxarıldığı bildirilir. İnternet saytlarının Türkiyədə də VIP müştərilərə xidmət göstərdiyi təsbit edilib.
5
ulduzlu otellərdə müştəriləri ilə görüşən qadınlar arasında polisin
diqqətini çəkən adlardan biri, rus porno ulduzu F.D. olub. 25 yaşındakı
F.D.nın Türkiyəyə gəldiyində Ankara və İstanbulda, Avropaya getdiyində
də Paris və Romada müştəriləri ilə görüşdüyü yazılan internet saytında
porno ulduzunun Ankarada çəkilən bir video görüntüsü də yayılıb. 30
dəqiqə üçün 400 türk lirəsi, 1 saat üçün 600 lirə, 2 saat üçün min lirə
istəyən F.D.ın yanında "Lara” adlı ukraynalı gənc qadın da polisin
diqqətini çəkən bir başqa ad olub.
Müştəri kimi hərəkətə keçən
3 polis, bir saytdakı telefonu axtarıb porno ulduzu F. D. ilə 2 qadın
tələbində olub. Telefonda türkcə danışan adam F.D.nın film çəkilişləri
olduğunu, İstanbula 2 həftə sonra gələ biləcəyini ifadə edərək,
fotoşəkilləri yerləşdirilən 3 ayrı qadının adını verib. Bundan sonra
qadınlara 5 ulduzlu bir oteldə görüş verilib. Hər bir qadın 24 saat
qarşılığında 1300 avro istəyib. 3 polis də ikinci saytı yenə müştəri
kimi axtararaq 3 qadın üçün bazarlıq edib.
Qadınlar otelə gəldiyində isə polis əməliyyat üçün hərəkətə keçib. 6 xarici vətəndaş olan qadın nəzarətə alınaraq Asayiş Şöbə Müdirliyinə aparılıb. Eskort qızlar ifadələrində, internet saytındakı telefon nömrələrinin Moskvada olan kəslər tərəfindən cavablandırıldığını və özlərini bu kəslərin istiqamətləndirdiyini izah ediblər. Qadınlar "tacirlər”i heç görmədiklərini, öz paylarını alıb, pulu xaricdəki bir hesaba göndərdiklərini söyləyiblər. Keçirilən əməliyyatların ardından qadınlar ölkədən çıxarılarkən, polis beynəlxalq eskort şəbəkəsinin Türkiyə əlaqələrini deşifrə etmək üçün işlərini davam etdirir.