Rusiya 10 mlrd. dollar xərcləyəcək-DÇ-2018-in keçirilməsinə

Rusiya 10 mlrd. dollar xərcləyəcək-DÇ-2018-in keçirilməsinə

Rusiyada futbol üzrə 2018-ci il dünya çempionatının keçirilməsi və hazırlıqlarına xərclənəcək vəsait 10 milyard dollardan çox təşkil edəcək.

barədə jurnalistlərə "Rusiya 2018" Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin məlumat verib.

"Biz dünya çempionatına hazırlıq və ondan sonra üçün tikiləcək bütün obyektlərə 10 milyard dollardan çox vəsait xərcləyəcəyik. Bu təkcə stadionlar və hava terminalları deyil — onların yarısı artıq hazırdır. Bu nəhəng işdir. Biz gecikməyəcəyik, hər şeyi vaxtında çatdıracağıq. FİFA turnirdən əvvəl hər bir stadionda tam gücü ilə üç oyun keçirməyi tələb edir, bunu da edəcəyik", - deyə Sorokin bildirib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az