Rusiyada 25 yaşlı azərbaycanlı həbs edilib.
ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Permdə taksi sürücüsünün qətlində ittiham edilən azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.
Məhkəmə 25 yaşlı Vüsal Məmmədova hökm oxuyub. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan vətəndaşı cəzasını ağır rejimli kolonyada çəkəcək. Bundan əlavə o 30 min rubl cərimə edilib.
Xatırladaq ki, qətl hadisəsi ötən ilin avqust ayında baş verib. Avqustun 13-də axşam saat 22 radələrində Pionersk küçəsindəki yaşayış binasının yaxınlığında taksi sürücüsü ilə Azərbaycan vətəndaşı arasında məişət zəminində mübahisə düşüb. Mübahisə zamanı Məmmədov kustar üsulla hazırlanmış silahdan 5 dəfə atəş açıb.
Nəticədə sürücü başından və çiynindən güllə yarası alıb. V.Məmmədov dərhal hadisə yerindən qaçıb. Sürücü isə bir necə gündən sonra yerləşdirildiyi xəstəxanada ölüb.
Şübhəli şəxs axtarışa verilib. Onu bu ilin oktyabr ayında saxlamaq mümkün olub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR