Bu gün səhər saat 7 radələrində Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində bir nəfərin ölümü ilə nəticələnən avtoqəza baş verib.
APA-nın məlumatına görə, Rusiyanın Voronej şəhərində vəfat etmiş Neftçala rayonunun Xol Qaraqaşlı kənd sakini, 1982-ci il təvəllüdlü Əliyev Cəsur Teyyub oğlunun cənazəsini gətirən “QAZel” markalı yük avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub.
Nəticədə “QAZel” markalı avtomobildə olan sərnişin, Astara rayon sakini Həyat Rəsulov hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən Nurlan Teyyub oğlu Əliyev (mərhumun qardaşı) isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “QAZel” markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb.
Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyidi çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR