20 yaşlı tələbə İrina Çeremnıx artıq çəkili qızlar arasında keçirilən "Şimali Avrora 2015" müsabiqəsinin qalibi olub.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-ın
Rusiya mediasına istinadən məlumatına görə, Sankt-Peterburqda keçirilən
yarışmada paltar ölçüsü 50-dən az olmayan qızlar iştirak etmək hüququ
qazanıblar.
Gənc qız müsabiqədə 2 nominasiyada qalib seçilib:
"Miss Şimali Avrora" və "Miss Qadınlıq". Bundan başqa o, müxtəlif
sertifikatlar və sponsor hədiyyələri əldə edib. Jurnalistlərə
açıqlamasında İrina bədən ölçülərini açıqlayıb: 115-95-135. Ancaq o,
çəkisini deməyib, çünki çəkinin heç bir şeyin göstəricisi olmadığını
vurğulayıb. Kök model əmindir ki, hamı tərəfindən qəbul edilmiş
standartlar heç də məcburi deyil.
İrina doğma Novosibirsk
şəhərində olandan artıq modelliklə məşğul olmaya başlayıb, müxtəlif
mağazaların reklamına çəkilib. O, başqa qızlara öz bədən formalarından
utanmamağa kömək etmək, özlərini gözəl və inamlı hiss etmələri üçün
model biznesində qalmağı planlaşdırır.










TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL